Kiyevdə Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanları anılır

Ukraynanın paytaxtı Kiyev sakinləri Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra həmrəylik nümayiş etdirmək və zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə hörmət məqsədilə Türkiyənin səfirliyinin qarşısına gül dəstələri düzürlər.

Turanın səsi ” in xəbərinə görə, digər ölkələrdə olduğu kimi Ukraynadakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya endirilib. Baş verən təbii fəlakətlə əlaqədar Türkiyədə bir həftə milli yas elan edilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Nəticədə azı 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir