Türkiyənin vitse-prezidenti: “Azərbaycanın göndərdiyi yardımdan istifadə edirik”

0

“Zəlzələ bölgəsində axtarış-xilasetmə tədbirləri davam etdirilir”.

Turanın səsi ”  xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, xilasetmə işlərinə 12 181 işçi cəlb olunub.

“Digər ölkələrdən 2296 axtarış-xilasetmə işçiləri ölkəmizə gəlib. 14 ölkənin, o cümlədən Azərbaycanın göndərdiyi yardımdan istifadə edirik”, – vitse-prezident vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 419 nəfər ölüb, 20 534 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir