Rusiya yaralıların müalicəsi üçün Türkiyəyə səhra xəstəxanası göndərib

Rusiya Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş vermiş zəlzələdə yaralananların müalicəsi üçün səhra xəstəxanası, eləcə də xilasetmə qrupları göndərib.

Bu barədə “turanın səsi ” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyənin bir çox vilayətində can və mal itkisi ilə nəticələnən Kahramanmaraş mərkəzli zəlzələdən sonra Rusiyadan Türkiyəyə dəstək qruplarının göndərilməsi davam edir. Rusiya Fövqəladə Hallar Nazirliyi ötən gün gündüz saatlarında göndərilən axtarış-xilasetmə qruplarına əlavə olaraq axşam saatlarında yeni qrupların yola düşdüyünü açıqlayıb.

Nazirlik həmçinin zəlzələ bölgələrində yaradılacaq səhra xəstəxanasının göndərildiyini açıqlayıb: “Türkiyəyə fəlakət bölgəsində birbaşa zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün hava yolu ilə daşına bilən səhra xəstəxanası göndərilib. 40-dan çox xəstəxanada çalışan mütəxəssislər ixtisaslı tibbi yardım göstərəcəklər”.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir