Türkiyədə zəlzələ qurbanlarının sayı 3000 nəfərə çatır-YENİLƏNİB

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.

Turanın səsi “in məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir