DİN-in Mətbuat Xidmətindən verilən məlumatalar
Fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırma aparılır.
❗DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
Fevralın 4-də və 5-də ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
***
Axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
***
Narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
***
Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.
❗Polis əməkdaşlarının fevralın 4-də və 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 70,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 52,4 kiloqrama yaxın heroin, 7,2 kiloqramdan çox marixuana, 41 qram tiryək, həmçinin 10,5 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
‼️Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 4-də və 5-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
❗Paytaxtda bir neçə vətənaşın külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə talayan şəxs müəyyən olunaraq saxlanılıb.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Daxil olan müraciətlər əsasında Səbail RPİ-nin 9-cu Polis Bölməsində aparılan araşdırmalarla 2018-2021-ci illər ərzində Bakı şəhər sakini olan 3 nəfərin 9.300, 14.800 və 8.400 manat pullarının dələduzluq yolu ilə talanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Xətai Əlizadə müəyyən olunaraq saxlanılıb. Onun Bakı şəhər sakini olan daha bir nəfəri aldadaraq 14.000 manatını talaması da müəyyən olunub.
Araşdırma aparılır.
‼️Soyğunçuluq
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini N.Vəliyevin 200 ədəd lotereyasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən paytaxt sakini Vüsal Haqverdiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 10:30 radələrində Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” və Ələsgər Mikayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü – M.Məmmədov və R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxtı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, ötən il rayon sakini Rəşad Kərimovun itkin düşməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitə ilkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI