Şanlıurfada zəlzələ nəticəsində ölənlərin sayı artıb -YENİLƏNİB
Türkiyənin Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb
“turanın səsi ” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə şəhərin valisi Salih Ayhan məlumat verib.
Onun sözlərinə görə, yaralananların sayı 30-dur.
07:05
Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü bildirilib.
“turanın səsi ” Türkiyə KİV-ə istinadən xəbər verir ki, rəqəmləri şəhərin valisi Salih Ayhan açıqlayıb.
“İlkin məlumata görə, 16 bina dağılıb. 10 vətəndaş ölüb. Vətəndaşları yolları xilasedicilər üçün boşaltmağa çağırırıq”, – o vurğulayıb.
06:51
Şanlıurfa bələdiyyə başçısı bölgədə 16 binanın çökdüyünü, dağıntılar altında vətəndaşların qaldığını bildirib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI