Türkiyə, Suriya və Rusiya hərbi heyətləri fevralda görüşəcək
Ötən ilin sonunda başlayan üçtərəfli dialoqun inkişafı çərçivəsində Türkiyə, Suriya və Rusiyanın hərbi idarə və xüsusi xidmət orqanlarının nümayəndələri fevral ayında görüş keçirəcək.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar “Sözcü” qəzetinə bildirib.
“Fevral ayında Suriya-Rusiya-Türkiyə formatında üçtərəfli görüşün davamında müdafiə və kəşfiyyat nazirliklərindən texniki heyətlər bir araya gələcək. Dialoq davam edəcək”-deyə, o bildirib.
Lakin nazir görüşün yeri və vaxtı barədə məlumat verməyib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09