Azərbaycan ən çox rusiyalı turistlərin fevralda səfər edəcəyi ilk üçlükdə yer alıb
Azərbaycan rusiyalı turistlərin fevralda səfər edəcəyi ilk üçlükdə yer alıb.
Bu barədə ” “turanın səsi ” Rusiya mətbuatına istinadən xəbər verir.
Ekspertlər Rusiya sakinlərinin fevral tətillərində hansı ölkələrə gedəcəklərini açıqlayıblar. Mütəxəssislərin sözlərinə görə, fevralın 22-dən 26-a qədər Rusiyadan xaricə səyahətlər təxminən 14% təşkil edəcək.
Rusiyalı turistlərin bu ay ən çox Türkiyəyə səfər edəcəyi gözlənilir. Siyahıda Azərbaycan üçüncü yerdədir.
Yaxın xaric ölkələr arasında Özbəkistan, Qazaxıstan, Belarus və Qırğızıstan da siyahıya düşüb. Uzaq istiqamətlərdən Birləşmiş Ərəb Əmirlikləri, Tayland və İsrail qeyd olunur.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09