İsmayıllıda son bir ayda vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, son iki gün ərzində keçirilən tədbirlər zamanı rayon sakinləri- Mətləb Alıyev, Vüsal Mahmudov, Aydın Teymurov və Əlisahab Əlizadədən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri götürülüb. Həmin şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Son 1 ay ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində isə vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng aşkar edilərək götürülüb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09