DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar (03.02.2023)

0

Fevralın 2-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

⤵️

Axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⤵️

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

⤵️

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

⤵️

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

⤵️
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub .

⤵️

Fevralın 2-də saat 12 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini İlqar Məcidovun idarə etdiyi “JMC” markalı avtomobil manevr qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədəTuranın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.
Abşeron rayon məhkəməsinin qərarı ilə İ.Məcidov 2 il müddətində sürücülük hüququndan məhrum edilməklə 5 gün müddətinə inzibati qaydada həbs olunub.

⤵️


Oğurluq
Sumqayıt şəhərindəki mənzillərin birindən 15.000 ABŞ dolları və qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o, saxlanılıb.
Araşdırma aparılır.

⤵️


Oğurluq

Fevralın 2-də Şahbuz rayonu ərazisində yerləşən şirkətlərdən birinin anbarından 8 ədəd soyuducu mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Şahbuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Badamlı kənd sakinləri Ramiz Səfərov, Nuran Əsgərov, Çingiz Abbasov və Naxçıvan şəhər sakini Xəyal Musayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir