ZRPŞ-in təşkilatçılığı ilə “Erkən nikaha yox deyək!” mövzusunda tədbir keçirilib
Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonunda yerləşən Zəngilan şəhərciyindəki Mədəniyyət Evində “Erkən nikaha yox deyək!” mövzusunda tədbir keçirilib.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Çıxış edən polis əməkdaşları və tədbirə dəvət olunmuş qonaqlar erkən nikaha qarşı görülən işlərdən söz açaraq, bu məsələ ilə bağlı həm yeniyetmə və gənclərimizin, həm də onların valideynlərinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar. Erkən yaşda qurulan nikahlarların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına olduqca mənfi təsir göstərdiyini, bunun da öz növbəsində gələcəkdə ailədaxili problemlərin yaranmasına səbəb olduğu bildirilib.
Bu probləmlərin baş verməməsi üçün gənclərin mütləq şəkildə təhsilə yönəlməsinin və mükəmməl savada yiyələnməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
⤵️
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09