Sabah Bakıda Yaşıl Enerji Məşvərət Şurasının ilk iclası keçiriləcək
Sabah Bakıda ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçiriləcək.
“Turanın səsi ” xəbər verir ki , Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu tədbir Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclası çərçivəsində baş tutacaq.
Bakıda həmçinin “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclası keçiriləcək.
Xatırladaq ki, sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının iştirakı gözlənilir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı isə 2022-ci ilin fevralın 4-də keçirilib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09