Deputat : “Əziz Gənclər! Mən Sizlərə hər zaman qürurla, xoşbəxt yaşamağı arzulayıram”

0

2 Fevral Azərbaycan Gənclərinin Günüdür.
1997-ci ildən bəri qeyd olunan Gənclər Günü, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin uzaqgörənliklə başladığı dövlət Gənclər siyasəti, sistemli şəkildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. Çoxsaylı Dövlət Proqramları, Gənclər Fondu, Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsil alması, idmanın inkişafı baxımından ölkənin bütün şəhər və rayonlarında olimpiya komplekslərinin, digər idman strukturlarının inşa olunması, beynəlxalq forumların, çempionatların, mədəniyyət, incəsənət tədbirlərinin təşkili, Gənclərimizin inkişafına xüsusi təkan vermişdir.
Bu gün Azərbaycan Gəncliyi beynəlxalq səviyyədə özünü təsdiq etmişdir. Vətən müharibəsində Azərbaycan Gəncliyinin nələrə qadir olduğunu bütün dünya gördü. Dünya və Avropa çempionatlarında, Ölimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edən Azərbaycan Gəncliyi döyüş meydanlarında da öz sözünü dedi.


Bu gün Azərbaycan Gəncliyi dövrünün ən şərəfli, qürurlu günlərini yaşayır.


Əziz Gənclər! Mən Sizlərə hər zaman qürurla, xoşbəxt yaşamağı arzulayıram.


BAYRAMINIZ MÜBARƏK!!!

MİLLİ MƏCLİSİN DEPUTATI NƏSİB MƏHƏMƏLİYEV

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir