Deputat : “İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik gələcək inkişaf üçün perspektivlər açır”
Azərbaycan təşkilata rəhbərliyi dövründəki prioritetlərini müəyyənləşdirib
Yanvarın 24-də Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası keçirildi. İclasda İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik rəsmi olaraq Azərbaycana təhvil verildi.
Xatırladaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır və ölkəmiz hər zaman İƏT-in fəaliyyətinə xüsusi önəm verib. Müxtəlif illərdə təşkilatın zirvə toplantıları Bakıda keçirilib. Ölkəmiz təşkilata üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təşəbbüslərlə çıxış edib.
Budəfəki iclasda iştirak edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bəyanatla çıxış edərək, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb. Nazir bildirib ki, Azərbaycanın sədrliyi təşkilatın strategiya və proqramlarının, habelə “İƏT-2025” baxışlarının irəliyə aparılması üçün əhəmiyyət daşıyacaq.
Ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksəksəviyyəli görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb.
Nazir eyni zamanda Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb və Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını qeyd edib.
Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO)
Azərbaycana bir sıra dividendlər gətirə bilər. Daşkənddə keçirilən iclasda iştirak edən XİN başçısı Ceyhun Bayramov Zəngəzur dəhlizini, Şərqi Zəngəzur iqtisadi rayonunun inkişaf etdirilməsi məsələsini də gündəmə gətirdi. Həmçinin digər vacib nüanslara toxundu. İstər Pakistan, istərsə də digər Orta Asiya dövlətlərinin məhz bu təşkilatda təmsil olunaraq gələcək logistik daşımalarda iştirak etməsi müəyyən layihələrə töhfəsini verəcək. Gələcəkdə bu təşkilat vasitəsilə bir sıra ciddi addımlar atıla bilər. Bu baxımdan Azərbaycanın sədr olması çox mühüm əhəmiyyət kəsb edir”.
Arzu Nağıyev İƏT-BMT Sənaye İnkişafı Təşkilatı Təmiz Enerji və İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində müəyyən tədbirlər görüləcəyini də vurğulayıb. Bildirib ki, eyni zamanda Şuşanın 2026-cı ildə turizm paytaxtına namizədliyi irəli sürüləcək.
“Azərbaycanın təşkilata sədrliyi gələcək inkişaf üçün çox mühüm perspektivlər açır. Düşünürəm ki, İƏT-in qarşıda bir sıra layihələrin həyata keçirilməsində çox mühüm rolu olacaq. Qurum siyasi sahədə də vacib rol oynayır. Təşkilat çərçivəsində Avropa və Asiyanı nəqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsi də vacib məsələlərdəndir”.
Deputat sonda qeyd edib ki, Azərbaycan hansı təşkilata sədrlik etməsindən asılı olmayaraq, hər birində uğurlu fəaliyyət göstərir, təşəbbüslərlə çıxış edərək region üçün əhəmiyyətli layihələrin həyata keçirilməsində vacib rol oynayır.
Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT-in turizm paytaxtına namizədliyinin irəli sürüləcəyi bildirilib.
Nazirlər Şurasının iclasının yekun sənədi kimi qəbul edilmiş Daşkənd Kommünikesində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb.
Kommünike çərçivəsində həmçinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması və hörmət əsasında tənzimlənməsinə dəstək ifadə olunub. Bunun bölgədə mehriban qonşuluq əlaqələri yaradılmasına, davamlı sülh və iqtisadi tərəqqiyə töhfə verəcəyinə inam ifadə edilib.
Qeyd edək ki, İƏT-in Zirvə görüşünün bu ilin noyabrında Özbəkistanda keçiriləcəyi bildirilir. Məlumata görə, görüş zamanı tərəflər regional əlaqələrin daha da gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Milli Məclisin deputatı Arzu Nağıyev qəzetimizə açıqlamasında qeyd edib ki, Azərbaycan 1992-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Onun sözlərinə görə, İƏT dövlətlərarası əməkdaşlığı təşviq edən ciddi təşkilatlardan biridir.
Deputat İƏT-in Özbəkistanda keçirilən sonuncu iclasını xatırladaraq qeyd edib ki, Azərbaycanın bu təşkilata sədr seçilməsi çox əhəmiyyətlidir: “Çünki 2023-cü il həm Azərbaycan, həm də digər dövlətlər üçün istər iqtisadi, istər təhlükəsizlik baxımından, istərsə də siyasi məsələlərin həlli istiqamətində atılacaq mühüm addımlar ili kimi proqnozlaşdırılır. İƏT-ə rəhbərlik etmək Azərbaycana bir sıra dividendlər gətirə bilər. Daşkənddə keçirilən iclasda iştirak edən XİN başçısı Ceyhun Bayramov Zəngəzur dəhlizini, Şərqi Zəngəzur iqtisadi rayonunun inkişaf etdirilməsi məsələsini də gündəmə gətirdi. Həmçinin digər vacib nüanslara toxundu. İstər Pakistan, istərsə də digər Orta Asiya dövlətlərinin məhz bu təşkilatda təmsil olunaraq gələcək logistik daşımalarda iştirak etməsi müəyyən layihələrə töhfəsini verəcək. Gələcəkdə bu təşkilat vasitəsilə bir sıra ciddi addımlar atıla bilər. Bu baxımdan Azərbaycanın sədr olması çox mühüm əhəmiyyət kəsb edir”.
Arzu Nağıyev İƏT-BMT Sənaye İnkişafı Təşkilatı Təmiz Enerji və İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində müəyyən tədbirlər görüləcəyini də vurğulayıb. Bildirib ki, eyni zamanda Şuşanın 2026-cı ildə turizm paytaxtına namizədliyi irəli sürüləcək.
“Azərbaycanın təşkilata sədrliyi gələcək inkişaf üçün çox mühüm perspektivlər açır. Düşünürəm ki, İƏT-in qarşıda bir sıra layihələrin həyata keçirilməsində çox mühüm rolu olacaq. Qurum siyasi sahədə də vacib rol oynayır. Təşkilat çərçivəsində Avropa və Asiyanı nəqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsi də vacib məsələlərdəndir”.
Deputat sonda qeyd edib ki, Azərbaycan hansı təşkilata sədrlik etməsindən asılı olmayaraq, hər birində uğurlu fəaliyyət göstərir, təşəbbüslərlə çıxış edərək region üçün əhəmiyyətli layihələrin həyata keçirilməsində vacib rol oynayır.
Arzu Paşaqızı
“Turanın səsi ”