Deputat : “Baş verən qanlı cinayətin sifarişçiləri və icraçıları Beynəlxalq Məhkəmə qarşısına çıxarılmalı”

0

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücuma, diplomatik nümayəndəliyimizin əməkdaşlarına qarşı həyata keçirilən qanlı terror aksiyasına görə, rəsmi Tehran birbaşa məsuliyyət daşıyır. Baş verən qanlı cinayətin sifarişçiləri və icraçıları Beynəlxalq Məhkəmə qarşısına çıxarılmalı, layiqli cəzalarını almalıdırlar.

Uzun müddətdir ki, İranın dövlət və guya dövlətə məxsus olmadığı iddia edilən media resurslarında, molla rejiminin təmsilçiləri və əlaltıları tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı kütləvi nifrət, böhtan, qarayaxma kampaniyası aparılır, terrora və digər qanlı cinayətlərə çağırışlar edilir.

İran hökuməti nəinki Azərbaycana, o cümlədən ölkəmizin Tehrandakı diplomatik nümayəndəliyinə qarşı terrora çağırışlar edən və Azərbaycanda belə adları hər kəsə bəlli olan şəxslərə qarşı müvafiq önləyici tədbirlər həyata keçirmir, hətta bu qəbilədən olan çağırışları təbliğ və təşviq edir, Azərbaycana, azərbaycanlılara qarşı terroru və digər qanlı cinayətləri məqsədyönlü şəkildə stimullaşdırır. Baş verən son hadisə hakimiyyəti terror yolu ilə mənimsəyən molla rejiminin öz cinayətkar əməllərindən heş zaman əl çəkməyəcəyinin, Azərbaycanın dünyəvi, demokratik dövlət quruluşuna, Azərbaycan xalqının azad və firavan yaşamaq hüququna qənim kəsildiyini, Azərbaycan Ordusunun Tehran rejiminin müttəfiqi olan Ermənistan üzərində qələbə çalaraq, öz ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilmədiyini təsdiqləyir. Bu qanlı terror aksiyası hazırda İran İslam Respublikasının ərazisində dislokasiya olunmuş bütün digər ölkələrin diplomatik nümayəndiliklərinin də daim təhlükə altında olduğunu, bütün sivil dünyanın Tehran rejiminin terrorçu xislətinə qarşı vahid mövqedən çıxış etməsinin zəruriliyini ortaya qoyur.

Azərbaycan xalqı uzun illər boyu öz ərazi bütövlüyünü, dövlət müstəqilliyini qorumaq üçün mücadilə aparıb, Vətəninin azadlığı naminə ölümə meydan oxuyub və iradəsiylə, zəkasıyla, torpağına, dövlətinə olan sevgisi ilə bütün maneələri dəf edib!

Xalqımızın milli iradəsini terrorla, təxribatla sarsıtmaq mümkün deyil!

Dövlətçiliyimizə dil və əl uzadanlar xalqımızın iradəsi qarşısında diz çökəcək, yerlə bir olacaqlar!!!

Azər Kərimli
Milli Məclisin deputatı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir