Deputatdan terrorla bağlı TƏLƏB

0

Azərbaycanın Respublikasının İranda yerləşən səfirliyinə silahlı hücumu şiddətlə qınayıram, bunun terror aktı olmasına şübhə etmədiyimi bildirirəm, cinayətkarın və bu cinayətin arxasında dayanan qüvvələrin qısa zamanda araşdırılaraq ən ağır cəzaya məhkum olunmasını İran dövlətindən tələb edirəm.

Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı Emin Hacıyev deyib .

Səfirliyimizin və diplomatlarımızın həyatını xilas etmək üçün canından keçən Səfirliyimizin mühafizə xidmətinin rəisi Baş leytenant Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Səfirliklərin və diplomatik korpusun işini yaxından bildiyim üçün İran xüsusi xidmət orqanlarına, polisinə belə bir sual vermək istəyirəm: Səfirliyimizi mühafizə etməli olan İran polisi Səfirliyimizdən atəş səsləri gələrkən nə işlə məşğul idilər?

Bu terrordur, sifarişçilər cəzalarını almalıdır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir