İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək

0

2 fevral – Azərbaycan Gəncləri günü münasibətilə İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək.

Turanın səsi ” xəbər verir ki , Gənclər və İdman Nazirliyindən  verilən məlumata görə, fevralın 1-də Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Qoşa qala meydanında gerçəkləşəcək tədbir saat 10:00-da başlayacaq və 17:00-dək davam edəcək.

Yarmarka Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fonunun təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən “Gənclər evi” sosial xidmət müəssisələri tərəfindən həyata keçirilən müxtəlif fəaliyyətlərin ictimaiyyətə yaxından tanıdılması, habelə yaradıcı və fiziki məhdudiyyətli gənclərin iştirakı ilə onların hazırladıqları əl işlərinin sərgi-satışı, bir sözlə, inkulizivliyin təmin edilməsi məqsədilə keçirilir.

Eyni zamanda yarmarkada bir-birindən maraqlı və müxtəlif məzmunlu yarışlar olacaq. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Yarmarkada Gənclərinin evlərinin istedadlı gənclərinin iştirakı ilə maraqlı musiqi nömrələri təqdim ediləcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir