Azərbaycan və Türkiyə peşə məktəblərinin yenidən qurulmasında birgə fəaliyyəti davam etdirəcəklər
Azərbaycan və Türkiyə peşə məktəblərinin yenidən qurulmasında birgə fəaliyyəti davam etdirəcəklər.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayevlə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşündə bildirilib.
Görüşdə iki ölkə arasında ümumi və peşə təhsili sahəsində ötən il həyata keçirilən birgə fəaliyyət, o cümlədən müəllim və şagird mübadiləsindən məmnunluq ifadə edilib. Cari ildə peşə təhsili müəssisələrinin məzmun və tədris baxımından yenidən qurulması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, nümayəndə heyətinin səfəri fevralın 1-dək davam edəcək.
Səfər çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, STEAM İnnovasiya Mərkəzi, Bakı Avropa liseyi, Bakı Türk Anadolu liseyi və digər təhsil müəssisələrinə ziyarət də nəzərdə tutulub.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09