Tatarıstanın səhiyyə naziri vəfat edib
Tatarıstanın səhiyyə naziri Marat Sadıkov 53 yaşında vəfat edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Vida mərasimi yanvarın 30-da baş tutacaq.
Marat Sadıkov 27 yanvar 1970-ci ildə anadan olub. Kazan Dövlət Tibb İnstitutunu Pediatriya ixtisası üzrə bitirib. Tibb elmləri namizədi, Tatarıstan Respublikasının əməkdar həkimidir.
Sadıkov nazir vəzifəsinə təyin olunana qədər Kazan şəhər 7 saylı klinik xəstəxanasında baş həkim işləyib, Tatarıstan Dövlət Şurasının deputatı olub.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09