Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatı (28.01.2023)

0

Yanvarın 27-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.


Polis əməkdaşlarının yanvarın 27-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın heroin, 3,6 kiloqramdan çox marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 27-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Oğurluq


Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində pul və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Hümbətov saxlanılıb.


Turanın səsi ” nə verilən məlumata görə araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi ilə birgə Nərimanov rayonu ərazisində digər bir qadının çantasından içərisində pul, sənəd və bank kartı olan cüzdanını, hesabından isə 312 manatını çıxararaq oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.


Oğurluq

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən idarələrdən birinin anbarından 2158 manat dəyərində elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Rəşad Adıgözəlov və əvvəllər məhkum olunmuş Zaur Zeynalov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir