DİN-in mətbuat xidmətinin məlumatı

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də məhkum edilmiş Füzuli rayon sakini R.Məmmədov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Ş.Hüseynov saxlanılıb. Yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluqla yetişdirilən 7 ədəd çətənə bitkisi və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Borsunlu kəndində yerləşən qəbiristanlıqdakı məzarların ətrafındakı metal hasarları oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb. Araşdırmalarla onların həmin kənd sakinləri V.Əlizadə, N.Qasımov və Ü.Əlizadə olduqları müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir