Generalın şikayəti ilə bağlı qərar açıqlandı

0

Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun verdiyi kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı qərarı elan edib.

Turanın səsi” xəbər verir ki, bu barədə “mətbuata” onun vəkili Dilsuz Məmmədov məlumat yayıb.

O bildirib ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunub.

Qeyd edək ki, Ə.Əhmədov 17 il Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. O, 2021-ci ildə həbs olunub. Keçmiş nazir 9 milyon manatı mənimsəmədə təqsirli bilinib. Daha sonra Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir