Zelenski yeni kadr islahatları aparacaq
Ukrayna Prezidenti Volodimir Zelenski gələcəkdə də kadr islahatları ilə bağlı qərarların veriləcəyini deyib.
“Turanın səsi ” xəbər verir ki, dövlət başçısı bu barədə axşam çıxışında qeyd edib.
Prezident vurğulayıb ki, ictimaiyyətin də onlara dəstək olacağına əmindir.
Dövlət başçısı qeyd edib ki, dünən ictimaiyyət qəbul edilmiş növbəti kadr qərarlarını görüb.
“Bu sözü vurğulayacam – “növbəti” (islahatlar davam edəcək-red). Gələcəkdə də müvafiq addımlar atılacaq – onların hər birini ictimaiyyət görəcək və əminəm ki, dəstəkləyəcək”, – o əlavə edib.
Prezidentin sözlərinə görə, dövlətin işinə mane olan istənilən daxili problem aradan qaldırılır və aradan qaldırılacaq.
“Bu, ədalətlidir, bizim müdafiəmiz üçün lazımdır və bu, bizə Avropa institutlarına yaxınlaşmağa kömək edir”, – Zelenski vurğulayıb.
O bildirib ki, fərmanı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti qərarını qüvvəyə mindirib. Eyni zamanda Zelenski əlavə edib ki, təfərrüatlar daha sonra gələcək.
Ukrayna Prezidenti dünən beş regional dövlət administrasiyasının rəhbərini işdən çıxarıb. Bunlar Dnepropetrovsk, Zaporojye, Sumı, Xerson və Kiyev vilayət hərbi administrasiyalarının rəhbərləridir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09