Mədəniyyət komitəsinin iclasında

0

Yanvarın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitənin sədri Qənirə Paşayeva qarşıdakı sessiyada deputatlara uğurlar diləyərək gündəlik barədə məlumat verib.

Turanın səsi ” xəbər verir ki , Gündəliyin birinci məsələsi olan Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatını təqdim edən Qənirə Paşayeva diqqətə çatdırıb ki, ötən müddətdə komitənin 6 iclası keçirilib, 6 məsələyə baxılıb. Komitə sədri həmçinin məlumat verib ki, payız sessiyası ərzində komitənin ünvanına daxil olmuş 681 müraciətə baxılıb və müvafiq tədbirlər görülüb. Eyni zamanda, payız sessiyası dövründə komitənin sədri tərəfindən 228 vətəndaş qəbul edilib.

İkinci məsələ olan Mədəniyyət komitəsinin 2023-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı komitə sədri bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktlarına, digər sənədlərə baxılması və rəy verilməsi, aidiyyəti qurumlarla dinləmələrin keçirilməsi, habelə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, “Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin hazırlanması işi davam etdiriləcək.

Gündəliyin növbəti məsələləri olan 4 qanun layihəsi – “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, ”Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri bildirib ki, layihələr bir-biri ilə bağlıdır. Belə ki, qanun layihələri “Media haqqında” Azərbaycan Respublikasının  2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb və qeyd olunan qanunlarda bir sıra uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsini (“kütləvi informasiya vasitələri”, “teleradio” sözlərinin “media”, “televiziya və radio” sözləri ilə əvəz edilməsi kimi) nəzərdə tutur.

Müzakirələrdə deputatlar Nizami Cəfərov, Novruzəli Aslanov, Əziz Ələkbərov, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Mixail Zabelin, Razi Nurullayev və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Deputatlar ötən payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini qeyd ediblər, qarşıdakı sessiyada komitənin iş planı və Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

İclasda Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyasında görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, müzakirə edilən qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

⤵️

⤵️

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir