Deputat dövlət qurumlarına müraciət edib: “Neyləmək istəyirsiniz?!”

0

Azərbaycanda dərmanlarla əlaqədər böyük problem var.

Turanın səsi ” in məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

O, təklif edib ki, Türkiyənin böyük dərman şirkətləri Azərbaycana dəvət olunsun, burada birgə dərman istehsal edilsin: “Buna imkan var və bilirik ki, Türkiyə özünü dərmanla təxminən 85% təmin edir. Amma bu, ola bilər ki, 1 ilə qədər vaxt aparsın. İnsanlar bir ilə qədər dərmanlarla bağlı neyləsinlər? Bu gün gedirsən dərmanı 1 manata alırsan, səhəri gün 1,15 manat olur. Konkret təklif edirəm ki, bəzi dövlət qurumlarını dəvət edib soruşaq “Neyləmək istəyirsiniz?!”. Məsələn, dərmanlarla bağlı Səhiyyə Nazirliyinə zəng edəndə deyirlər ki, bununla bağlı Tarif Şurası və dərman şirkətləri məşğuldur. Təklif edirəm ki, bir dövlət qurumu yaradılsın, onlar bazarda dərman çatışmayanda tender əsasında özləri alsınlar, aptek şəbəkələrinə satış üçün versinlər. Burada müəyyən qədər dövlət tərəfindən tənzimləmə olsun”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir