İstanbulda erməni kilsəsi yanıb, ölənlər və yaralananlar var
Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yataqxana hissəsində baş verən yanğında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Turanın səsi ” “Milliyet”ə istinadən xəbər verir ki, yanğın zamanı 3 partlayış səsi eşidilib.
Yanğınsöndürənlərin 4 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb.
Hadisənin başvermə səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09