Dövlət Departamenti Quranın yandırılması barədə: “Türkiyə və İsveçin arasını vurmağa cəhd ediblər”
Dövlət Departamenti İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin qarşısında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasını Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından şərh edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü Ned Prays brifinqdə danışıb.
“Bu, təxribatçı biri idi, ola bilsin bilərəkdən iki yaxın tərəfdaşımız Türkiyə və İsveçin arasını vurmağa cəhd göstərib, ola bilsin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb”, – Prays vurğulayıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09