Türkiyədə ağır yol qəzasında yaralananların sayı 85-ə çatıb

Türkiyənin İstanbul şəhərində metrobusların toqquşması nəticəsində xəsarət alanların sayı artıb. Bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Son məlumata görə, yaralı sayı 85 nəfərə çatıb.

Xəsarət alan sərnişinlərin müalicəsi davam edir və vəziyyətləri nəzarət altındadır.

Xatırladaq ki, hadisə şəhərin Avcılar bölgəsində yüksək sürətlə hərəkət edən dörd metrobusun toqquşması nəticəsində baş verib. 

Qəza səbəbindən Avropa istiqamətində metrobus reysləri kəsilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir