Dövlət orqanlarında çalışan nəzarətçi, xadimə, bağban, gözətçi və fəhlələrin maaşları artırılıb

0

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) maaşları artırılıb.

Turanın səsi ”  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, onların aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra№-siKateqoriyalar üzrə dövlət orqanlarıAylıq vəzifə maaşının məbləği(manatla)
1.Ali kateqoriya dövlət orqanlarında400
2.1-ci kateqoriya dövlət orqanlarında385
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında365
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında345

Qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, daha əvvəl onların aylıq vəzifə maaşının məbləği aşağıdakı kimi olub:

Sıra№-siAylıq vəzifə maaşının məbləği(manatla)
1.Ali kateqoriya dövlət orqanlarında370
2.1-ci kateqoriya dövlət orqanlarında355
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında335
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında315

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir