Avropada dərman qıtlığı müşahidə olunur


Avropa Parlamentinin üzvü, yunanıstanlı deputatı Mariya Spiraki Avropada dərman qıtlığının müşahidə olunduğunu açıqlayıb.

Turanın səsi ” in məlumatına görə, bu barədə M.Spirakinin Avropa Komissiyasına müraciətində deyilir.

Onun sözlərinə görə, bu vəziyyət Çin və Hindistanda lazımi xammalın istehsalında və tədarükündə fasilələrin və ya azalmanın baş verməsi ilə bağlıdır.

“Əvvəllər ucuz olan dərman vasitələrinin qiymətlərinin artırılması qlobal qıtlıqla mübarizənin mümkün vasitəsi kimi nəzərdən keçirilir, bir şərtlə ki, bu tədbirin əsas ağırlığı xəstələrin üzərinə düşməsin”, – o bildirib.

Spiraki Avropa Komissiyasını bu problemi həll etmək üçün tədbir görməyə çağırıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir