DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsini dərin ehtiramla yad edib, məzarlarına qərənfillər düzüblər.
“Turanın səsi ” xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.
Sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Şəhidlər xiyabanında dəfn edilən Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09