Zelenski: “Putinin sağ olduğuna əmin deyiləm”
“Rusiya Prezidenti Putinin sağ olduğuna əmin deyiləm”.
“Turanın səsi ” “Ukraina seyças”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda səhər yeməyi zamanı bildirib.
O qeyd edib ki, bu gün kiminlə danışacağını və nə danışacağını tam başa düşə bilmir: “Bəzən axsayaraq görünən adamın Rusiya Prezidenti olduğuna əmin deyiləm. Mən onun sağlam olduğunu tam başa düşə bilmirəm. Qərarı o verir, yoxsa başqası. Bu insanın çevrəsində kimlər var? Bu barədə məndə heç bir məlumat yoxdur”.
Zelenski daha sonra deyib ki, sülh danışıqları sülh demək deyil, bunu həyata keçirmək lazımdır: “Rusiyanın hələ də Ukrayna ərazisindən çıxmasına şansı var. Heç əlaqəni qaytara biləcəyini demir. Ancaq onlar xalqının həyatını xilas edə bilər”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09