DİN-in mətbuat xidmətinin məlumatı
Yanvarın 18-də ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.
❗Yol-nəqliyyat hadisəsi
Yanvarın 18-də saat 19 radələrində Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisində qəsəbə sakini B.Salmanovun idarə etdiyi “Opel” və Şəmkir rayon sakini A.Tağıyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə B.Salmanovun 8 yaşlı qızı Ləman hadisə yerində ölüb, anası isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
❗Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 18-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 14 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
❗Quldurluq
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində maskalı şəxsin qəsəbə sakini olan bir nəfərin əlindən içərisində 1280 manat, 7900 ABŞ dolları və bank kartları olan sellofan torbanı quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Vüqar Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
❗Nəqliyyat vasitəsi qaçırma və oğurluq
Paytaxtın Nizami rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması və avtomobildə olan bank kartından 491 manatın çıxarılaraq oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Lökbatan qəsəbəsi ərazisində saz vəziyyətdə tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda və oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Z.Zeynalov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
❗Oğurluq
Yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846.000 rupinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb. Araşdırma aparılır.
❗Oğurluq
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 18-də Bakı şəhər sakini olan bir qadının bank hesabından 1020 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rəsul Baxışlı müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
❗Oğurluq
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birindən 3300 manat dəyərində təmir alətlərinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Təbriz Cavadzadə müəyyən olunaraq saxlanılılıb.
Araşdırmalarla onun Binəqədi qəsəbəsi ərazisində yerləşən zavodunun həyətində quraşdırılmış antenanın 30 metr elektrik naqilini, 8 ədəd akkumulyator, 2 ədəd kondisioner, 20 ədəd modul və 2 ədəd antena dayaqlarını oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
❗Oğurluq
Yanvarın 13-də Səbail rayonunun Ş.Allahverdiyev küçəsində yerləşən köşklərin birindən 300 manat pul, tütün məmulatı və 1700 manat dəyərində lotereyanın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vaqif Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09