Azərbaycan 22 min meqavatadək külək və günəş enerjisi istehsal edəcək
Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq.
“Turanın səsi ” xəbər verir ki, bu barədə yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşündə bildirilib.
Qeyd edilib ki, həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və “Fortesque Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09