Ərdoğan Şimali Kiprin Baş nazirini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının Milli Birlik Partiyasının sədri və Baş naziri Ünal Üsteli qəbul edib.
“Turanın səsi ” “Anadolu”ya istinadən xəbər verir ki, görüş Ankaradakı Prezident sarayında keçirilib.
Mətbuata qapalı şəkildə baş tutan görüşdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Şimali Kiprin baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu və Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu iştirak ediblər.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09