Bəzi təhsil işçilərinin maaşları artırılıb

0


Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri təsdiqlənib.

Turanın səsi ” in xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 16,90 manat, dosent və ya fəlsəfə doktoru üçün 12,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 8,30 manat məbləğində müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 10,80 manat, geyimsiz naturada isə 17,85 manat məbləğində müəyyən olunur.

Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri belə olacaq:

İndiyədək büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri belə idi:

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir