Dələduzluqda təqsirləndirilən keçmiş tibb bacısına hökm oxunub
Tanışlarına qarşı dələduzluqda və rüşvət verməyə təhrikçilikdə təqsirləndirilən keçmiş tibb bacısı Həvvaxanım Qasıməliyevaya hökm oxunub və o, 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsini hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, H.Qasıməliyeva Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
Qeyd edək ki, ittiham aktına əsasən 2000-ci il tarixdən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda tibb bacısı vəzifəsində işləyən H.Qasıməliyeva, Aidə Zeynalova ilə görüşərək ona pensiya təyin edilməsində köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. O bildirib ki, bunu guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışı vasitəsilə həyata keçirəcək. Buna görə də, A.Zeynalovadan 3 min manat alıb.
Təqsirləndirilən şəxs bundan əlavə, pensiya düzəltdirəcəyi adı ilə tanışı Lalə Qasımovaya 6 min 600 manat, Rüstəm Qasıməliyev və Çimnaz Qasıməliyeva 3 min manat, Həbib Əliyevə 3 min manat, Elçin Atayevə 3 min manat, Təranə Abdulzadəyə qarşı 2 min 500 manat qarşı dələduzluq edib. Pullar ona əri Rasim Qasıməliyev vasitəsilə çatdırılıb.
Məhkəmədə ifadə verən H.Qasıməliyeva bildirib ki, ona bu işə onun birgə işləyən kiçik tibb bacısı Günay Məmmədova cəlb edib və aldığı bütün pulları da ona verib:
“Günay maddi vəziyyətimin aşağı olmasını, eyni zamanda ərim Rasim Qasıməliyevin taksi fəaliyyəti ilə məşğul olmasından xəbərdar idi. Ona görə, 2018-ci ilin mart ayında Günay Məmmədova mənə dedi ki rahat pul qazanmaq istəyirsənsə, özünə yaxın olan, etibar etdiyin şəxslərə sosial yardım düzəltmək təklifini et. Belə ki, aylıq 380 manat pensiya köçürülməsi üçün 2500 manat, 250 manat pensiya köçürülməsi üçün isə 2000 min manatı Günaya verməliyem o, da öz növbəsində həmin pulu “Lala xanım” dediyi şəxsə verəcək. Bundan başqa Günay mənə dedi ki, pensiya düzəltmək istəyən şəxslərdən özün üçün də artıq pul alıb qazana bilərsən”.
Zərərçəkmişlər isə öz növbələrində onlara dəymiş maddi ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətlərinin olmadığını deyiblər.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09