Deputat : “20 Yanvar 1990-cı ildə Heydər Əliyev xalqımızı birliyə səslədi”

0

Bu gün dünyamızda baş verən qlobal siyasi-iqtisadi hadisələr fonunda ölkəmizin yeni dövrdə də dayanıqlı və davamlı inkişafını təmin etmək məqsədilə 1990-cı illərdə öz siyasi müstəqilliyini əldə etmiş müasir demokratik Azərbaycan Respublikasının tarixinə hər zaman nəzər yetirməli və bu günki Azərbaycanın vətəndaşı olaraq müstəqil Azərbaycan tarixinin yazılmasında iştirakı olmuş görkəmli, siyasi şəxsiyyətlərin əvəzsiz rolunu heç vaxt unutmamalıyıq.

Azərbaycan xalqı böyük fəxarət hissi və sevinclə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ili – “Heydər Əliyev İli” elan etdi.

1988-1990-cı illərdə SSRİ-nin tarixi zərurətdən süquta uğradığı bir zamanda Azərbaycan xalqının müqəddəratı sual altında idi və yalnız təcrübəli, ağıllı, cəsarətli, dövlətinə və millətinə bağlı, eyni zamanda milli oyanış tarixidir. Dəfələrlə müxtəlif mənbələrdə qeyd olunan və geniş araşdırılan bu tarix illər keçsə də Azərbaycan xalqının dostu və düşmənini tanıması üçün istinad edə biləcəyi bir tarix olaraq qalacaq.
Ölkəmizin ictimai-siyasi həyatına 20 Yanvar faciəsi kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri vardır. Tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi iz qoymuşdur.

Azərbaycan xalqı 1990-ci ilin yanvar ayında televiziya ekranlarında öz həmvətənlilərinin nə cür qəddarlığa məruz qalmasına dəhşətli şəkildə şahidlik etdi. Ümumilikdə Respublikada 147 nəfərin öldürülməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlakların məhv edilməsi ilə nəticələnən Qanlı Yanvar hadisəsi  Azərbaycan xalqına qarşı törədilmiş ən ağır hərbi cinayətlərdən birinə çevrildi.

Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü. Baş vermiş hadisələrdən sonra dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

Hesab edirəm ki, 20 Yanvar Azərbaycan xalqının 1991-ci ildə rəsmi olaraq müstəqilliyi əldə etməsi üçün qanla yazılmış bir tarixdir.


“Heydər Əliyev İli”nin elan olunduğu 2023-cü ildə tarixə nəzər yetirərkən Ulu Öndərin müasir Azərbaycanın inkişafı naminə əzmkar fəaliyyətini, heç nədən qorxmayaraq vaxtında şəraitə uyğun ağıllı qərarlar qəbul etdiyini, habelə həmin ağır günlərdə Moskvada cəsarətli çıxışı ilə xalqın birliyinə nail olmasını, beləliklə 20 Yanvar gününün Azərbaycan xalqının milli oyanışı üçün nə qədər təsirli olduğunu xüsusi qeyd etməmək mümkün deyildir.

Baş verən hadisələrdən artıq 33 il keçmiş və bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanını yerdə qoymadı. 2020-ci ildə Ümumilli Lider Heydər Əliyevin layiqli və uğurlu davamçısı olan Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin dəmir yumruq kimi formalaşdırdığı Azərbaycan xalqı İkinci Qarabağ-Vətən Müharibəsində möhtəşəm Zəfərimizi təmin edərək müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi və bu gün də, “Heydər Əliyev İli”ndə biz çoxəsrlik Azərbaycan tarixinin şanlı səhifələrini qürurla yaşamaqdayıq.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir