Putin Rusiya iqtisadiyyatındakı vəziyyəti sabit adlandırıb
Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatındakı vəziyyəti sabit kimi qiymətləndirib.
“Turanın səsi ” xəbər verir ki, “Moskva.Kreml.Putin proqramı” üçün “Rossiya-1” telekanalına müsahibəsində o, əldə olunan nəticələrin təkcə Rusiya rəqiblərinin proqnozlarından deyil, həm də ölkə rəhbərliyinin gözləntilərindən yaxşı olduğunu vurğulayıb.
“İqtisadiyyatda vəziyyət sabitdir, üstəlik, bu, nəinki rəqiblərimizin, hətta bizim proqnozlaşdırdığımızdan qat-qat yaxşıdır. Bütövlükdə vəziyyətimiz nəinki sabitdir, hətta məncə, kifayət qədər qənaətbəxşdir”- deyə, o bildirib.
V. Putin vurğulayıb ki, Rusiyada əsas makroiqtisadi göstəricilərdən biri – işsizlik tarixi minimum səviyyədədir:
“İnflyasiya gözlənildiyindən aşağıdır və ən əsası, azalma tendensiyası var. Hesab edirəm ki, bu ilin birinci rübünün nəticələrinə görə, bugünkü 11,9 faizdən 5 faizə yaxınlaşa bilər. Bu isə insanların layiqli həyat səviyyəsini təmin etmək, onların real gəlirlərini təmin etmək üçün çox mühüm göstəricidir”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09