Rusiya ordusu Kiyevə raket zərbələri endirib

Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.

Turanın səsi ” “RBK Ukraina”ya istinadən bildirir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.

O söyləyib ki, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.

Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumlar “İsgəndər” raketləri ilə həyata keçirilib.

Ərazidə hava hücumu xəbərdarlığı işə salınıb.

Prezident Ofisindən verilən məlumata görə, raket hücumları nəticəsində yaşayış binalarına ziyan dəyib. Raket düşən ərazilərə təcili tibbi yardım briqadaları cəlb olunub

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir