Deputat: “Bir “papka”, bir möhürdən ibarət olan partiya hansı nüfuza sahib ola bilər?!”

0

10 milyonluq əhalinin partiya üzvü ola biləcək 18 yaşdan yuxarı təbəqəsini götürsək, heç beş min nəfər tərəfdaşı olmayan təşkilat necə partiya ola bilər?

Tərəfdaş toplaya bilməyiblərsə, istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində iştirak etməyiblərsə, bunlar özlərini necə “partiya” adlandıra bilərlər?

Bir “papka”, bir möhürdən ibarət olan partiya hansı nüfuza sahib ola bilər?!

Sadəcə, müəyyən siyasi proseslərdə özünün iştirakı üçün addımlar ata bilər. Söhbət ciddi, nüfuzlu partiyalardan gedir…”

Bu sözləri “turanın səsi ” nə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, “Siyasi partiyalar haqqında” yeni qanun ən mühüm qanunlardan biridir: “Bu qanun ilk dəfə 1992-ci ildə qəbul edilmişdi. Aradan həddən çox vaxt keçib. Artıq siyasi-iqtisadi, geosiyasi və müxtəlif istiqamətlərdə inkişaf olub, problemlər də yaşanıb. Ona görə mütləq şəkildə yeni qanunun qəbuluna ehtiyac var idi. 44 günlük müharibədə qazandığımız qələbədən sonra siyasi partiyaların bu istiqamətdə müəyyən fikirləri yaranıb.

Əvvəllər qarşılarına “erməni təcavüzünün qarşısını almaq üçün partiyalar hansı addımları atmalıdırlar?”kimi məsələlər qoyurdularsa, indi bu barədə fikirlər artıq dəyişilib. “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı Milli Məclisin bütün komitələrində dəfələrlə dinləmələr keçirilib.

Hər komitədə məsələlərə bir neçə dəfə baxılıb. Dinləmələrdə dövlət qeydiyyatın keçmiş siyasi partiyaların nümayəndələri də iştirak edib. Hər bir detal ən yüksək səviyyədə araşdırılıb. Yalnız bundan sonra qanunun qəbul olunması plenar iclasda tövsiyə edilib. Bu, elə bir qanun idi ki, parlamentdə təmsil olunan bütün deputatların əksəriyyəti çıxış edib.

Çıxışa imkanı olmayanlar isə yazılı surətdə fikirlərini katibliyə təqdim ediblər. Çox mühüm bir məsələ idi. Ciddi araşdırıldı və sonda sanballı bir qanun ortaya qoyuldu. Əsas məqam budur ki, qanun işləməlidir, çünki Aəzrbaycan dünyəvi dəyərləri özü üçün qəbul etmiş və bu istiqamətdə addım atan dövlətdir”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir