Nazir: “Prezidentin fərman və sərəncamları ümumilikdə 1,9 milyon vətəndaşı əhatə edir”

0

“Prezident İlham Əliyevin 5 yanvar tarixində və bu gün imzaladığı fərman və sərəncamlar ümumilikdə 1 milyon 900 min vətəndaşımızı əhatə edir”.

Turanın səsi ” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Televiziyası”na müsahibəsində deyib.

Nazir bildirib ki, minimum əmək haqqı artımı 700 min vətəndaşı əhatə edəcək:

“Bu sahə üçün dövlət büdcəsindən 440 milyon manat vəsait ayrılıb”.

“Minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alan insanları əhatə etmir. Dövlət qurumlarında çalışanlar vahid tarif cədvəli əsasında maaş alır. Vahid tarif cədvəlinin birinci pilləsi minimum əməkhaqqıdır. Onun artımı digər vətəndaşlarımızı da əhatə edir”-, S.Babayev vurğulayıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir