Azərbaycan Ombudsmanının maaşı artırılıb

0

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılıb.

Turanın səsi ” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, Ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manata çatdırılıb.

Bundan əlavə, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir