Slovakiya Prezidenti vətəndaşlara Ukrayna tərəfində döyüşməyə icazə verib
Slovakiya Prezidenti Zuzana Çaputova ilk dəfə ölkənin yeddi vətəndaşına Ukraynadakı müharibədə Kiyevin tərəfində döyüşməyə icazə verib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Pravda” qəzeti məlumat yayıb.
Dövlət başçısının mətbuat katibi Martin Strijinets deyib ki, Çaputova Ukraynada döyüşmək istəyənlərlə bağlı 26 sərəncam qəbul edib ki, onlardan 7-si döyüşlərdə iştiraka icazə verir.
2022-ci il fevralın sonunda Slovakiyanın baş prokuroru Maros Zilinka xəbərdarlıq edib ki, ölkə qanunvericiliyi vətəndaşlara xarici qoşunlarda xidməti qadağan edir. İstisna kimi yalnız Prezident – Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq əmri ola bilər.
Bundan əvvəl isə “Pravda” qəzeti Slovakiyanın Ukraynaya hədiyyə olaraq 170 milyon avro dəyərində hərbi texnika göndərdiyini, həmçinin Kiyevlə bu cür texnikanın tədarükü üçün daha 148 milyon avroya müqavilə imzaladığını yazıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09