Sumqayıt şəhərində polis əməkdaşları hava şəraiti əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir

Kəskin hava şəraiti ilə bağlı Sumqayıt şəhərində polis əməkdaşları
tərəfindən görülən tədbirlər nəticəsində piyada və sürücülərin iştirakı
ilə ağır yol nəqliyyat hadisəsi qeydə alınmayıb

Paytaxtla yanaşı Sumqayıt şəhərində də polis əməkdaşları hava şəraiti əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində xidmət təşkil olunub. Digər dövlət orqanları ilə birgə yollar, yol nişanları qardan və buzdan təmizlənib, hərəkətin intensiv olduğu yerlərə qum və duz səpilib. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir. Sumqayıt Şəhər Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində sürücü və piyadanların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilib. Kəskin hava şəraiti ilə bağlı polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Sumqayıt şəhərində bu günlər ərzində piyada və sürücülərin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi qeydə alınmayıb.

11 yanvar 2023-cü il

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir