Deputat : “Minimum əməkhaqqının artırılması vətəndaşların sosial rifahını yaxşılaşdıracaq”

Prezidentin “Əhalinin sosial rifahının yaxşılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı davamlı şəkildə həyata keçirilən dövlət siyasətinin bir hissəsidir.

Bu barədə fikirlərini ” turanın səsi ” nə bölüşən millət vəkili Arzu Nağıyev minimum əməkhaqqının, maaş və pensiyaların artırılmasının yüz minlərlə vətəndaşımızın ailə büdcəsinə, sosial rifahına müsbət təsir göstərəcəyini bildirib.

“Bu il yanvar ayının 1-dən minimum aylıq əməkhaqqının 300 manatdan 345 manata, minimum pensiya məbləğinin 240 manatdan 280 manata qaldırılması zamanı mövcud inflyasiya səviyyəsi, digər iqtisadi proseslər də nəzərə alınıb. Pandemiyanın nəticələri, dünyada və regionda gedən proseslər, xüsusilə Rusiya-Ukrayna qarşıdurması kimi məsələlər Azərbaycandan da yan keçmir. Prezident neqativ hadisələrin təsirlərinin aradan qaldırılması üçün əhalinin gəlirinin müəyyən qədər kompensasiya edilməsi üçün bu mühüm qərarı imzalayıb. Bu, xalqımızın həyatının iqtisadi və sosial şəraitinə müsbət təsir edəcək”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir