DİN-in Mətbuat Xidmətinin məlumatı

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.


Qar yağması və buzlaşma səbəbindən Respublika yollarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı.

Mövcud hava şəraiti ilə əlaqədar olaraq, qar yağması və buzlaşma səbəbindən Respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, təssüflər olsun ki, qeydə alınan qəzalarda 3 nəfər də həyatını itirib.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Bir daha bütün sürücülərdən xahiş edirik ki, mövcud hava və yol şəraitini düzgün qiymətləndirsinlər. Nasaz nəqliyyat vasitələri ilə ( xüsusən əyləc sistemi və şinlərə nəzarət edilsin) yola çıxmasınlar. Yollarda sürət həddini minimuma endirsinlər və zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər.


Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yanvarın 8-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində dövlət qeydiyyat nişanının üzərinə örtük çəkilən “Mercedes” markalı avtomobil saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Bərdə rayon sakini Şamxal Qasımovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9, 327.3, 334.3 və 511-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Qaradağ rayon məhkəməsinin qərarına əsasən Ş.Qasımov 20 gün müddətinə inzibati qaydada həbs olunub.


Oğurluq

Yanvarın 5-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yerləşən sexlərin birindən 4000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Salam Hüseynli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümümilikdə 15 yol-nəqliyyat hadisəsinin 11-i qar və buzlaşma səbəbindən baş verib. Bu məlumatda sırf qar və buzlaşma səbəbindən baş verən, ölüm və xəsarətə səbəb olan hadisələrin sayı qeyd edilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Sorğunuza cavab olaraq bildirirəm ki, yanvarın 9-da qarlı hava şəraiti ilə bağlı Qusarda 2 nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 5 avtomobilə zərər dəyib.

Xaçmazda 3 nəqliyyat hadisəsi olub, xəsarət alan olmayıb, 6 avtomobilə zərər dəyib.”

Qubada 6 nəqliyyat hadisəsi olub, xəsarət alan olmayıb, 11 avtomobilə zərər dəyib.”

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir