Cəbrayılda xeyli sayda silah-sursat götürülüb
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun inzibati ərazisindən xeyli sayda silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ” turanın səsi ” nə verilən məlumata görə, polis əməkdaşlarının işğaldan azad edilmiş ərazilərdə keçirdikləri tədbirlərlə tərk edilmiş hərbi mövqelərdən 11 avtomat, 2 pulemyot, 7 qumbaraatan, 2 snayper tüfəngi, 2 optik nişangah, 59 müxtəlif növ mərmi, 7780 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09