Mingəçevirdə sürücülər arasında yol verməməyə görə dava olub, biri baltalanıb

0

Dünən saat 16 radələrində Mingəçevir şəhər sakini 1971-ci il təvəllüdlü Faiq Məmmədovun balta ilə 27 yaşlı Elvin Paşayevin baş nahiyəsinə xəsarət yetirməsi ilə bağlı şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə “turanın səsi ” nə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə, Faiq Məmmədov isə şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

09.03

Mingəçevirdə sürücülər arasında yol verməməyə görə dava olub, biri baltalanıb.

turanın səsi ” xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti “Köhnə Toxuculuq kombinatı” adlanan yerin qarşısında baş verib.

Belə ki, “Xəzər” markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Məmmədov Faiq Şikar oğlu yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı “Mercedes-Benz” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Paşayev Elvin Camaləddin oğluna baş nahiyəsindən qəsdən balta ilə vurub “açıq kəllə beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı” xəsarətini yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir