AK sədrinin müavini Kiyevdə ölkənin yenidən qurulmasını müzakirə edəcək

0

Avropa Komissiyasının (AK) sədr müavini Frans Timmermans Kiyevə səfərdədir və burada Ukrayna liderləri ilə münaqişədən sonra ölkənin yenidən qurulması planını müzakirə edəcək.

Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

“Vitse-prezident Frans Timmermans Rusiyanın kritik infrastruktura qarşı intensivləşən hücumları fonunda ölkədəki vəziyyəti və yerlərdəki təcili ehtiyacları müzakirə etmək üçün prezident Volodimir Zelenski və müxtəlif hökumət rəsmiləri ilə görüşmək üçün Ukraynadadır.

O, xüsusilə enerji sektoruna və enerji təchizatına konkret dəstəyi, habelə hökumət rəsmiləri Ukraynanın yenidən qurulması planını müzakirə edəcək”, – məlumatda vurğulanıb.

Öz növbəsində, Ukrayna prezidentinin mətbuat xidməti bildirib ki, Zelenski Timmermans ilə görüşdə Ukraynanın bərpası zamanı diqqətini yaşıl layihələrin həyata keçirilməsinə yönəldəcəyini bildirib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir